05 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın II təsnifat mərhələsindəki potensial rəqibləri azaldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqiblərinin sayı azalıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43