“Sauthempton” klubunun yeni baş məşqçisi vəzifəsinə Rassel Martinin təyin olunduğunu açıqlanıb
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis klubla 2026-cı ilə qədər müqavilə imzalayıb. O, əvvəllər “Suonsi” və “MK Dons”u idarə edib.
“Sauthempton”un son meneceri Ruben Selles olub. Onun rəhbərliyi altında komanda Premyer Liqanı 20-ci pillədə başa vurdu və Çempionşipə yuvarlandı.

