“Milan” Adama Traore ilə müqavilə imzalaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, iyunun 30-da 27 yaşlı ispaniyalının “Vulverhempton”la müqaviləsi başa çatacaq. Azad agent statusu daşıyacaq oyunçu karyerasını İtaliyada davame tdirə bilər.
Traore ilə maraqlandıqlarını “Milan”ın baş məşqçisi Stefano Pioli də təsdiq edib.
Ötən mövsüm futbolçu “canavarlar”ın heyətində 40 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

