07 İyul 2026
Ölkə futbolu

Rusiyalı baş məşqçi “Neftçi”yə gəlir?

“Neftçi”də baş məşqçi vəzifəsi üçün daha bir namizəd bəlli olub.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi Rusiya “Krasnodar”ının sabiq məşqçisi Aleksandr Naqornının mümkün təyinatını nəzərdən keçirir.

“Ağ-qaralar”ın siyahısında Adrian Mutu ilə yanaşı, 41 yaşlı mütəxəssisin də adının olduğu bildirilir. 

Aleksandr Naqornı karyerası ərzində heç vaxt baş məşqçi kimi fəaliyyət göstərməyib. O, “Krasnodar”la yanaşı, “Ufa” və “Rotor”da köməkçi məşqçi işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43