06 İyul 2026
Dünya futbolu

Milinkoviç Saviç də ərəblərdən təklif aldı

“Latsio”nun yarımmüdafiəçisi Milinkovic Saviç “Əl Hilal”dan təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 28 yaşlı serbiyalı üçün “Latsio”ya 40 milyon avro təklif edib. Ancaq paytaxt təmsilçisi də oyunçunu heyətdə saxlamaq niyyətindədir.

Saviçə 3 illik müqavilə təklif olunub.

Yarımmüdafiəçi 2015-ci ildən “Latsio”da çıxış edir. Portal Transfermarkt onu 50 milyon avro qiymətləndirir. Milinkoviçin romalılarla müqaviləsi 2024-cü ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43