06 İyul 2026
Ölkə futbolu

Mutunun “Neftçi”də alacağı maaş bəlli oldu

“Neftçi”nin baş məşqçisi olacağı gözlənilən Adrian Mutunun maaşı ilə bağlı yeni məlumat yayılıb.

İdmanxeber.az xəbər verir ki, Rumıniyanın “Digi Sport ” saytı Mutunun rəhbərlik etdiyi məşqçi heyətinin “Neftçi”də bir mövsüm üçün 700 min avro qazanacağını yazıb.

Bu məbləğ Mutu və 3 köməkçisi arasında bölünəcək. Mutunun köməkçiləri Boqdan Petraşku, Alinu Cise və Mixayu Nadebanu olacaq.

Rumıniyalı mütəxəssisin “Neftçi” ilə 2 illik müqavilə imzalayacağı bildirilir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43