06 İyul 2026
Ölkə futbolu

“Neftçi” legioneri ilə vidalaşdı

“Neftçi” futbolçusu Voislav Stankoviçlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumata görə, serbiyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, 36 yaşlı oyunçu 2019-cu ilin yayından Bakı klubunun formasını geyinirdi. O, Azərbaycanda “İnter” (hazırkı “Şamaxı”) və “Qəbələ” komandalarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43