06 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı baş məşqçi ərəblərin təklifini geri çevirdi

“Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov Səudiyyə Ərəbistanından təkif alıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sözügedən ölkənin I Divizion təmsilçisi “Əl Səfa” gənc mütəxəssislə müqavilə bağlamaq niyyətində olub. Qarşı tərəf PRO kateqoriyalı Həşimova baş məşqçi kimi sözləşmə imzalayıb, köməkçi məşqçiliyi təklif edib.

Ancaq bir müddət davam edən danışıqlar müsbət nəticələnməyib. Buna səbəb tərəflərin maliyyə məsələsində razılığa gələ bilməməsidir. Ərəblərin təklifi 42 yaşlı mütəxəssisi razı salmayıb. 

Ötən mövsüm II Divizionda mübarizə aparan “Əl Səfa” I Diviziona yüksəlməyi bacarıb.

Xatırladaq ki, Zaur Həşimov “Zirə”nin əvəzedici komandasının baş məşqçisidir. Qəsəbə təmsilçisinin yaxın günlərdə onunla müqavilə yeniləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43