“Fənərbağça” Dominik Livakoviç üçün növbəti təklifini edib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu dəfə “Dinamo”ya (Zaqreb) 8 milyon avro önərib.
Dünya Çempionatından sonra ulduzu parlayan qapıçı ilə həmçinin “Vilyarreal” və “Fiorentina” klubları maraqlanır.
Livakoviç “Dinamo”da 285 oyuna çıxıb.

