ÇSKA ilə müqaviləsi bitən Mario Fernandes “Zenit”lə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisi 2,5 milyon avro məvacib təklif etdiyi Mario ilə bu gün tibbi baxışdan sonra rəsmi müqavilə imzalayacaq.
Fernandes “Zenit” və ÇSKA arasındakı superkubok finalında oynaya bilməyəcək.
Braziliya əsilli, Rusiya millisində də çıxış edən sağ-cinah müdafiəçisi 2012-ci ildən ordu klubunda çıxış edirdi. O, bu müddət ərzində 329 oyuna çıxıb və 11 qol vurmağı bacarıb.

