04 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın yeni transferi niyə heyətə daxil edilməyib?

“Qarabağ”ın yeni transferi Juninyo “Linkoln”la oyunun heyətinə daxil edilməyib.

İdmanxeber az-ın əldə etdiyi məlumata görə, buna səbəb braziliyalı oyunçunun fiziki olaraq hazır olmamasıdır. Juninyo cavab oyununa yetişməsi üçün çalışmalarını davam etdirsə də, futbolçunun Bakıdakı matçı da buraxmaq ehtimalı var.

Bu halda o, “Qarabağ”a Çempionlar Liqasının II təsnifat mərhələsindən kömək edə biləcək.

Juninyo Portuqaliya “Çaves”indən Ağdam təmsilçisinə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43