04 İyul 2026
Ölkə futbolu

“Qarabağ” qalib gəldi, ölkəmizin xalı artdı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində dəyişiklik olub.

İdmanxeberxəbər verir ki, “Qarabağ”ın dünən “Linkoln”la oyunda qalib gəlməsi (2:1) ölkəmizin xal ehtiyatını daha 0,250 artırıb. Azərbaycanın son 5 mövsümdəki xallarını 14,500-ə çatdırıb.

Ölkəmiz hazırda reytinq siyahısında əvvəlki kimi  29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Slovakiyanın 14,625 xalı var.

Siyahıya 88.928 xalla İngiltərə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43