Gəncə şəhər stadionunda tikinti-bərpa işləri təxirə salınıb.
İdmanxeber.az-a verilən məlumata görə, arenada çalışmaların bu il başlayacağı nəzərdə tutulsa da, tarix dəyişib. Belə ki, stadionda təmir işlərinin gələn il həyata keçəcəyi bildirilib.
Arenada ilk öncə hissə-hissə söküntü işlərinin başlayacağı və daha sonra isə tribunaların bərpa olunacağı gözlənilir.

