“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi ESPY (İdman Performansı üzrə Mükəmməl İllik Mükafat) tərəfindən ilin oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı futbolçunun təqdimat mərasimi iyulun 16-da baş tutacaq. Bu tədbir üçün bütün biletlər tükənib.
Messi ötən mövsüm PSJ-nin heyətində 41 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə verib.
Leo 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.