28 Noyabr 2024
Dünya futbolu

“Musa oynamağa hazırdısa, meydana çıxacaq” – “Yurqorden”nin baş məşqçisi

“Yurqorden” komandasının baş məşqçisi Tomas Lagerlöf yeni transfer Musa Qurbanlı barədə İsveç mətbuatına danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssisAzərbaycan millisinin futbolçusu daim cərimə meydançasına daxil olmaq istəyən əsl doqquz nömrə olduğunu bildirib:

“Musa cərimə meydançasının xaricinə çıxıb künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil. Hər zaman hərəkətlidir və qol vura biləcəyi boş sahələr axtarır. Zəhmətkeş, fiziki cəhətdən güclü və son nöqtəni qoymağı bacaran oyunçudur. Başı, sağ və ya sol ayağı ilə fərqlənə bilir”.

İsveçli çalışdırıcının sözlərinə görə, 21 yaşlı forvard “Malmö”yə qarşı ölkə çempionatının oyununda “Yorqorden”də debüt edə bilər: “Bunun üçün sənədləri hazır olmalıdır. Qalan məsələlər isə özündən asılıdır. Oynamağa hazırdırsa, meydana çıxacaq. Düşünürəm ki, Musa bu barədə digər transferlərdən öndədir. Milli komanda ilə məşq edib. Yenə də hər şey oyunçunun hazırlıq səviyyəsindən asılı olacaq”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43