02 İyul 2026
Dünya futbolu

İranlı hücumçu İtaliya nəhənglərinin diqqətində

“Porto”nun hücumçusu Mehdi Taremi karyerasını A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “İnter” və “Milan” maraqlıdır. Portuqaliya klubu 30 yaşlı iranlı üçün 30 milyon avro istəyir, lakin 25 milyon əlavə bonusla razılaşa bilər.

Taremi 2020-ci ildən “Porto”da çıxış edir. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 51 oyuna çıxıb, 31 qol vurub və 14 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43