03 İyul 2026
Ölkə futbolu

Azərbaycan klubu portuqaliyalı futbolçunu transfer etdi

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini legioner futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumata görə, Naxçıvan təmsilçisi portuqaliyalı Nuno Migel Rodrigeslə anlaşıb.

Bu gün Azərbaycana gələn 29 yaşlı vinger tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nuno Migel Rodriges son olaraq ölkəsində 2-ci liqada çıxış edən “Sportinq” (Kovilya) klubunun formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43