Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”nin növbəti oyununda meydanda ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun işçi vizası ilə bağlı problemi aradan qaldırılıb. Bu barədə İsveç klubunun idman direktoru Bosse Anderson yerli mətbuata açıqlama verib.
O bildirib ki, 21 yaşlı futbolçunun oynaması üçün heç bir əngəl qalmayıb. Musa baş məşqçinin şans verəcəyi təqdirdə bu həftənin şənbə günü lider “Elfsborq”a qarşı keçiriləcək oyunda iştirak edə biləcək.

