04 İyul 2026
Ölkə futbolu

Emin Mahmudov: “Azərbaycan futbolu inkişafdadır”

“Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiyanın “Match TV” kanalına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, Bakı klubunun kapitanı Azərbaycan Premyer Liqasının səviyyə baxımından Rusiya çempionatına yaxınlaşdığını düşünür:

“Əvvəllər Rusiya ilə Azərbaycan çempionatları arasında böyük fərq var idi. Amma indi çempionatımızda gərgin mübarizə gedir. Rusiya çempionatı komandalarının səviyyəsinə və infrastrukturuna görə yenə də cəlbedicidir. Azərbaycan futbolu isə inkişafdadır”.

31 yaşlı yarımmüdafiəçi 2017-ci ildən şərəfini qoruduğu “Neftçi” ilə bu yay yeni 2+1 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43