04 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”a “qiymət oxudu”, istədiyini əldə etdi

“Araz Naxçıvan”ın yeni transferi Numan Kurdiçi niyə açıqlamamasının səbəbi bəlli olub.

Tərəflər bir müddət öncə razılığa gəlsələr də, keçid hələ də rəsmən açıqlanmayıb. Buna səbəb bosniyalı futbolçuya Türkiyədən də təklif gəlməsi olub.

24 yaşlı müdafiəçi bu təklifdən sonra Premyer Liqamıza gəlməkdən imtina edib. Naxçıvan klubu isə oyunçunu israrla heyətinə qatmaq istədiyi üçün Kurdiçlə yenidən masa arxasına oturub.

Rəhbərlik daha öncə təklif etdiyi aylıq 11 min dollarlıq maaşı bir az daha artıraraq 12 min edib. Bunun ardından Kurdiç bu təklifi qəbul edib və tərəflər yekun razılığa gəliblər.

Transferin yaxın saatlarda rəsmən açıqlanması gözlənilir.

2021-ci ildə Bosniya Hersoqovina millisinə dəvət alan oyunçu yığmada bir oyun keçirib. O, ötən mövsümü Belçikanın “RVD Molenbek” klubunda keçirib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43