“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın cavab qarşılaşması saat 20:00 “Bank Respublika Arena”da start götürəcək. “Ağ-qaralar” isə saat 21:00-da “Bakcell Arena”da rəqibi ilə üz-üzə gələcək.
“Neftçi” bu raundda “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) (ilk oyun 2:2), “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) duelinin (ilk oyun – 0:1) güclüsü ilə qarşılaşacaq.
Hər iki komandanın ilk görüşü səfərdə olacaq.

