04 İyul 2026
Dünya futbolu

“Everton” niderlandlı hücumçu alır

“Everton” “Ayaks”ın hücumçusu Brayan Brobbi ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar başlayır. Hələlik yekun bir razılıq yoxdur. 

Brobbinin keçən yay “Mançester Yunayted”ə keçmək imkanı olsa da, sonra “Leypsiq”dən “Ayaks”a olmağa qərar verdi.

Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 2022/23 mövsümündə o, komandanın heyətində 45 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt.com portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43