Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “aftonbladet.se” saytına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, “Yurqorden”nin futbolçusu kollektivə artıq uyğunlaşdığını bildirib:
“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm. Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır.
Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”.
Qeyd edək ki, Musa Qurbanlının iyulun 22-də İsveç çempionatının XVI turunda “Elfsborq”la görüşündə debüt etməsi gözlənilir. Bu barədə komandanın baş məşqçisi Tomas Lagerlöf yerli mətbuata açıqlama verib.

