02 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu İspaniya klubunda

U-21 millimizin üzvü Eldar Tağızadə karyerasını İspaniyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə gənc qolkiper sosial şəbəkə hesabından paylaşım edib. O, La Liqa II təmsilçisi “Luqo” klubu ilə anlaşıb.

Eldar paylaşımda “yeni komandama qoşulmaqdan məmnunam. Bu fürsəti yaxşı dəyərləndirməyə çalışacam” deyə, bildirib.

Millimizinin üzvü son olaraq Fransanın “Klermont” klubunda çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43