02 İyul 2026
Dünya futbolu

“Qalatasaray” rəsmisi açıqladı: klublarımızın iştirak edəcəyi yeni turnir yaradılır

Azərbaycan, Qazaxıstan və Türkiyə klublarının iştirak edəcəyi “Türk Dünyası Turnir”i keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Qalatasaray” klubunun rəsmisi Erden Timur açıqlama verib. O, bu mövsüm türk klublarının iştirakı ilə “Türk Dünyası Turnir”i keçirəcəklərini açıqlayıb:

“Yarışda Azərbaycan, Qazaxıstan və Türkiyənin önəmli klubları iştirak edəcək. Bu vasitə ilə Heydər Əliyevin anadan olmasının 100-cü illiyini də qeyd etmiş olacağıq. Məqsədimiz bu turniri hər il ənənəvi şəkildə keçirməkdir”.

“Qalatasaray”ın prezidenti Dursun Özbək isə Bakıda “Qarabağ”la keçirilən yoldaşlıq görüşünü xatırlayıb. Klub rəhbəri həmin oyunun ardından bir neçə başqa ölkələrdən də bənzər təkliflər gəldiyini etiraf edib:

“Bakıdakı matçda 65 min azarkeş var idi. Eyni şeyi Qazaxıstanda da edə bilərik. Oralara getdiyimiz zaman möhtəşəm bir rəğbət görürük. Həm bir türk klubu kimi, həm də “Qalatasaray” olaraq hər kəs bizi sevir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43