Braziliyanın “Qremio” klubunun hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, MLS təmsilçisi uruqvaylı forvardın transferi ilə bağlı danışıq aparır. Amerika klubunun artıq Suareslə razılığa gəldiyi bildirilir.
Futbolçunun Braziliya komandası ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. Onun transfer qiyməti 4 milyon avrodur.

