Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman jurnalistləri üçün Antidopinq maarifləndirmə təlimi keçirib.
İdmanxeber.az-ın məlumatına görə, tədbir 22 iyul – Milli Mətbuat Gününə həsr olunub.
Qurumun direktoru Şəfəq Hüseynli çıxışında media nümayəndələrini təbrik edib, idmanın inkişafında onların xüsusi rolunu vurğulayıb.
Daha sonra iştirakçılar arasında viktorina formatında tədbir təşkil olunub.

