02 İyul 2026
Ölkə futbolu

“Rakov” “Qarabağ”ın dişinə görə rəqibdir”

“Qarabağ” hər zaman avrokubokların ilk mərhələsində zəif görünür. Necə ki, “Linkoln”la səfər görüşündə öz oyununu göstərə bilmədi. Ancaq cavab qarşılaşmasında çox rahat görünürdülər. Topa sahib olmada, hücuma çıxışlarda, müdafiədə hər şeyi yaxşı həyata keçirdilər”.

Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məşqçisi Elşad Əhmədov “Qarabağ”ın Çempionlar Liqası I təsnifat mərhələsində “Linkoln” oyunlarını barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin Polşa “Rakov”u ilə keçiriləcək görüşləri barədə də fikirlərini bildirib:

“Rakov” ölkə çempionu olsa da, “Qarabağ”ın dişinə görə rəqibdir. Çox güman ki, komandamız bu mərhələni də keçəcək. Şansları 60-40-a “Qarabağ”ın xeyrinə görürəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43