02 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” ikinci oldu

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Bakıda Cəbəllütariqin “Linkoln” klubuna 4:0 hesabı ilə qalib gəldiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb.

Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 19 453 nəfər olub.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 26-da səfərdə, cavab qarşılaşması bir həftə sonra evdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43