02 İyul 2026
Dünya futbolu

Nigeriyalı futbolçu “Milan”da

“Vilyarreal”ın cinah oyunçusu Samuel Çukvuese karyerasını “Milan”da davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə,  24 yaşlı hücumçu ilə 5 il müddətinə müqavilə imzalanacağı bildirilir. 

Çukvuesenin “Villarreal” ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Portal Transfermarkt oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.

2022/23 mövsümündə futbolçu komandanın heyətində 42 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43