27 Noyabr 2024
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” Polşada məğlub oldu – YENİLƏNİB

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Rakuv”la qarşılaşıb. İsveçrəli baş hakim Lukas Fandrixin idarə etdiyi matçda 5 qol qeydə alınıb. 

“Köhlən atlar” ikinci hissədə 0:2 geriyə düşməsinə rəğmən, Redon Cicanın qolları ilə hesabı bərabərləşdirdi.

Ancaq oyunun son dəqiqələrində “Rakuv” qələbə qolunu vuraraq, matçdan 3:2 hesablı qalibiyyətlə ayrılıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” 3:2 (Azərbaycan)

Qollar: Elvin Cəfərquliyev, 56-avtoqol (1:0), Pyasetski, 71 (2:0), Redon Cica, 73 (2:1), 75 (2:2), Sonni Kittel, 90+1 (3:2)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43