“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Omoniya”nın heyətində itkilər var.
İdmanxeebr.az-ın məlumatına görə, Kipr təmsilçisi “qırmızı-qaralar”a qarşı müdafiəçilər Nikolas Panagiotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviçin xidmətindən yararlana bilməyəcək.
Adıçəkilən oyunçular zədədən əziyyət çəkdikləri üçün bu gün Azərbaycana yollanacaq heyətdə yer almayacaqlar.
Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” oyunu saat 20:00-da başlayacaq.

