“Brentford”un qapıçısı David Raya karyerasını “Bavariya”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, münhenlilər 27 yaşlı ispaniyalını Manuel Noyerin varisi kimi nəzərdən keçirir. “Bavariya”nın 45 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Raya ötən mövsüm Premyer Liqada meydana çıxdığı 38 oyunun hamısında iştirak edib, 46 qol buraxıb və 12 qapını təmiz saxlayıb.

