Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyevin yeni iş yeri bəlli olub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Əmirquliyev “Səbail”in təklifini qəbul edib. O, “dənizçilər”in U-19 komandasında baş məşqçi Mirbağır İsayevin köməkçisi işləyəcək.
Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib. Ötən mövsümü “Səbail”də keçirən Əmirquliyev qısa vaxt öncə futbolçu karyerasını bitirdiyini açıqlamışdı.

