29 İyun 2026
Dünya futbolu

“Bavariya” ispaniyalı qapıçı alır

“Brentford”un qapıçısı David Raya karyerasını “Bavariya”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, münhenlilər 27 yaşlı ispaniyalını Manuel Noyerin varisi kimi nəzərdən keçirir. “Bavariya”nın 45 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Raya ötən mövsüm Premyer Liqada meydana çıxdığı 38 oyunun hamısında iştirak edib, 46 qol buraxıb və 12 qapını təmiz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43