“Qalatasaray” gələn mövsüm müqaviləsi başa çatan Fernando Muslera ilə yeni sözləşmə imzalamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu təcrübəli qapıçını buraxmaq niyyətində deyil. Muslera “Qalatasaray” tarixində ən çox kubok qazanan xarici oyunçudu.
Uruqvaylı qolkiper 2011-ci ildən “sarı-qırmızılar”da çıxış edir. O, bu müddətdə 457 oyuna çıxıb və 161 oyunda qapısını toxunulmaz saxlaya bilib.