04 Dekabr 2024
Ölkə futbolu

“Ötən mövsümkü heyətdən 4-5 futbolçu qalsaydı, “Omoniya”nı rahatlıqla keçmək olardı”

“Qəbələ” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə Kipr “Omoniya”sına məğlub oldu (2:3). Matçda hesabı komandamız açsa da, görüşdən məğlub ayrıldıq.

Ötən mövsüm uğurlu çıxış ilə diqqətləri üzərinə çəkən “Qəbələ”də həmin heyətdən bir çox ayrılıq yaşanmışdı. Komandaya cəlb edilən yeni oyunçuların isə nə dərəcə hazır olub-olmaması sual altındadı idi. Bu səbəbdən də Kipr təmsilçisinə qarşı görüşün çətin keçəcəyini təxmin etmək olardı. Qəbələ şəhər stadionunda baş tutan matçda təmsilçimiz pis mübarizə aparmasa da, yekunda məğlubiyyətdən qaça bilmədi. “Qırmızı-qaralar”ın uduzmasında əsas səbəblərin nə olduğunu və komandanın çatışmazlıqlarını öyrənmək üçün azərbaycanlı məşqçi Elşad Əhmədovla əlaqə saxladıq:

“Qəbələ” oyuna çox yaxşı başlamışdı. İstədiyi qolu da erkən vurdu. Üstünlüyü saxlaya bilməməsinin səbəbi meydanda təcrübəli futbolçularının olmaması idi. Görünən odur ki, oyunu sakitləşdirmək lazım idi. Burada bir az problem yaşadı komanda. Hesab qoruna bilmədi. Əgər ötən mövsümkü heyətdən 4-5 futbolçu qalsaydı, “Omoniya”nı rahatlıqla keçmək olardı. “Qəbələ”də əsas problem həmin futbolçuların getməsi və heyətdəki təcrübəli oyunçuların olmamasıdı. Bu heyətlə səfərdə çox çətin olacaq. Çox istərdik ki, “Omoniya” keçilsin. Ancaq asan görünmür. Kiprdə sürpriz çətin işdi.

“Qəbələ”də müdafiədə problemlər var. Mərkəz müdafiəçisi, dayaq yarımmmüdafiəçisi lazımdı. Bu heyətlə Premyer Liqada da çətinlik çəkərlər. Heç ilk üçlüyə düşə bilməzlər. Cinahlarda, hücumda isə yaxşı futbolçular var”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43