25 İyun 2026
Ölkə futbolu

“Qarabağ” üçün bir şad, bir bəd xəbər

“Qarabağ”ın zədəli olan futbolçuları – Elvin Cəfərquliyev və Marko Veşoviçin durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, millimizin üzvü “Rakuv”la oyunda zədələnərək meydanı tərk etmişdi. Onun durumunun ciddi olmadığı bildirilir. Cəfərquliyevin qarşıdakı oyunlarda meydana çıxa biləcəyi vurğulanıb.

Veşoviçin isə zədəsinin ciddi olduğu bildirilir. Təcrübəli futbolçu 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43