25 İyun 2026
Ölkə futbolu

“Neftçi”də hər kəsə minnətdarlığımı bildirirəm” – Saldanya

“Neftçi”dən qalmaqallı şəkildə ayrılan Mateus Saldanya “ağ-qaralar”la vidalaşıb.

İdmanxeber.az xəbər verir ki, braziliyalı hücumçu İnstaqram hesabında yazıb:

“Neftçi”də yaşanan anlara, bütün futbolçulara və heyətə görə minnətdarlığımı bildirməyə gəlmişəm. Hər vidanın münaqişələri olur. Lakin mənim prioritetim ailəm və karyeramdır. Bütün “Neftçi” azarkeşləri başa düşsünlər ki, hər zaman klub üçün əlimdən gələni etdim. Gözəl mövsümünüz olsun. Minnətdaram”.

Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl intizamsız davranışına görə Saldanya ilə yollarını ayırdığını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43