24 İyun 2026
Ölkə futbolu

“Kəpəz” bosniyalı oyunçudan niyə imtina etdi?

“Kəpəz” klubunun bosniya və herseqovinalı oyunçu Aldin Çayiçlə maraqlandığından xəbərdarsınız.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnməyib. Əvvəlcə klubla oyunçunun anlaşdığı bildirilsə də, “sarı-göylər” sonradan transferdən vaz keçib.

Buna səbəb Çayiçin yaxşı formada olmamasıdır. O, əvvəlcə “Kəpəz”ə məşqlərə davam etdiyini və tam hazır vəziyyətdə olduğunu bildirsə də, bunun doğru olmadığı ortaya çıxıb.

Gəncə klubunun məşqçilər heyəti futbolçunun yetərsiz olduğunu bildirib və rəhbərlik transferdən vaz keçib.

Qeyd edək ki,  30 yaşlı mərkəz yarımmüdafiəçisinin son komandası Türkiyənin “İstanbulspor” klubu olub. O, yanvar ayından buradan ayrılıb.

2017-ci ildən İstanbul klubunun formasını geyinən oyunçu bu müddətdə komandası ilə 116 oyunda 25 qol vurub.

Çayiç Bosniya və Hersoqovinanın U-17 və U-21 millilərində də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43