“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa karyerasını “Bavariya”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı Münhen klubu ilə razılığa gəlib. Qeyd olunur ki, “Bavariya” hazırda İngiltərə klubu ilə futbolçunun satın almaq opsionulu icarəsi ilə bağlı danışıq aparır.
2022/23 mövsümündə 28 yaşlı ispaniyalı “Çelsi”nin heyətində 39 oyuna çıxıb, 45 qol buraxıb və 12 qolunu təmiz saxlayıb.