Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçında Yunanıstan AEK-ini qonaq edib.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Zaqreb təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 19 avqust tarixində Afinada baş tutacaq.

