04 İyul 2026
Ölkə futbolu

“Sabah” Serbiyada dəstəksiz qalacaq?

“Sabah” avqustun 17-də UEFA Konfrans Liqası III tur cavab matçında səfərdə “Partizan”la qarşılaşacaq.

İdmanxeber.az-a verilən məlumata görə, təmsilçimizi Belqradda dəstəkləmək üçün hələlik kluba heç bir müraciət olmayıb. Serbiyada azərbaycanlılar az yaşadığı üçün “bayquşlar”a sabahkı görüşdə az sayda həmyerlilərimizin dəstək olacağı gözlənilir.

“Partizan” – “Sabah” matçı avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasındakı ilk oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43