04 İyul 2026
Dünya futbolu

“Mançester Siti” Silva ilə müqavilə bağlayır

“Mançester Siti” və Bernardo Silva yeni müqavilə üçün razılığa gəliblər.

İdmanxeber.az-ın məlumatına görə, yenilənmiş sözləşmə 2026-ci ilə qədər nəzərdə tutulub və növbəti mövsüm üçün 50 milyon avroluq sərbəstqalma bəndi var.

2017-ci ildən “şəhərlilər”də çıxış edən Silva çıxdığı 308 oyunda 55 qol vurub və 59 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43