05 İyul 2026
Dünya futbolu

“Qarabağ”, “Sabah” və “Neftçi”nin oyunları hansı kanallarda?

Bu gün UEFA Avropa və Konfrans Liqalarında III təsnifat mərhələsinin cavab matçlarına yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, AL-ın IIİ raundunda Finlandiya HİK-i ilə cavab görüşünə çıxacaq “köhlən atlar”ın Həlsinkidəki matçı canlı yayımlanacaq. Oyunu 20:00-dan etibarən “İdman TV” kanalında canlı izləyə biləcəksiniz.

Konfrans Liqasında mübarizəni davam etdirən “Sabah” və “Neftçi”nin oyunları da ölkəmizdə canlı yayımlanacaq. “Sabah”ın “Partizan”la matçını saat 23:00-dan etibarən “İctimai TV”, “Neftçi”nin “Beşiktaş”la səfər görüşünü saat 21:00-dan “CBC Sport” kanalı vasitəsi ilə birbaşa izləyə biləcəksiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43