“Liverpul” “Ştutqart”dan Vataru Endonu heyətinə qatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızlar” yaponiyalı futbolçu üçün 18 milyon ödəyəcək. Bu gün İngiltərədə olacaq 30 yaşlı yarımmüdafiəçi tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Endo 2019-cu ildən “Ştutqart”da çıxış edir. O, bu müddətdə 133 oyuna çıxıb və 15 qol vurub.

