UEFA 2022/2023 mövsümünün ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bunlar “Mançester Siti”nin hücumçusu Erlinq Holann və Kevin De Bröynlə yanaşı, PSJ-dən ABŞ-ın “İnter Mayami” klubuna keçən Lionel Messidir.
Ən yaxşı baş məşqçi adına namizədlər isə “Mançester Siti”dən Xosep Qvardiola, İtaliya “İnter”indən Simone İnzagi və “Napoli”dən ayrılan Luçano Spallettidir.
Qeyd edək ki, qaliblər avqustun 31-də açıqlanacaq.

