06 İyul 2026
Ölkə futbolu

“Tapşırıqları yerinə yetirə bildik” – “Qarabağ”ın legioneri

“Əvvəlcədən çətin oyun keçəcəyi bəlli idi. Matça necə hazırlaşdığımızı meydanda göstərə bildik”.

Bu sözləri idmanxeber.az saytına “Qarabağ”ın futbolçusu Julio Romao UEFA Avropa Liqası III təsnifat mərhələsi çərçivəsində keçirilən HİK qalibiyyəti (2:1) sonrası deyib. O, daha sonra belə davam edib:

“Rəqib üçün də çətin görüş idi. Bir nəfər azlıqda qaldılar, belə mübarizə aparmaq asan deyil. Amma biz yaxşı oynayırdıq. Tapşırıqları yerinə yetirə bildik. Qələbə qazandığımız üçün çox xoşbəxtik”

Braziliyalı müdafiəçi “Qarabağ”ın AL-in pely-off mərhələsində qarşılaşacaqları “Olimpiya” (Sloveniya) görüşü barədə də fikirlərini bildirib: . 

“Avrokuboklarda asan matç yoxdur. Təbii ki, çox çətin keçəcək. “Olimpiya”ya qarşı görüşün nəticəsi detallardan asılı olacaq. Ümid edirəm ki, daha da irəli gedəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43