Bu gün Misli Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Əvvəlki qarşılaşmalarda meydandan məğlub ayrılan ev sahibi komanda bu görüşdə də xal qazana bilməyib -1:2.
Matçda qalib gələn “Gənclik şəhəri” təmsilçisi isə xallarının sayını 6-ya çatdırıb. Komandanın II turdakı “Sabah” görüşü təxirə salınıb.
Günün digər matçında “Zirə” “Səbail”in qonağı olub. İki oyunda da maksimum nəticə göstərən “qartallar” “dənizçilər”i 2:1 hesabı ilə qələbə qazanıb.
Azərbaycan Premyer Liqası, III tur
19 avqust (şənbə)
18:00. “Qəbələ” – “Sumqayıt” 1:2
Qol: İsa Suliman, 3, Kamran Aliev, 31, Osama Xalayla, 53
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
20:00. “Səbail” – “Zirə” 1:2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

