08 İyul 2026
Ölkə futbolu

Samir Abasov: “Hesab başqa cür də ola bilərdi”

“Çox əziyyət çəkdik. Hesab başqa cür də ola bilərdi. İkini hissədə uduza da bilərdik. Komandaya təbrik düşür. Çempionatın başlanğıcında belə gərgin səfər görüşü çox çətin idi. Qəbələyə adaptasiya olmaq asan deyil. Erkən qol vurmağın bəzən mənfi tərəfləri olur ki, rəqib tez ayılır. Qələbə qazandığımız üçün xoşbəxtik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Sabah” oyunu təxirə getsə də, MOİK-lə yoxlama görüşü keçirdik. Rəqibə çətin səfər oyunu öncəsi bir imkan yaratdıq. Komandanın ritmini MOİK-lə oyun zamanı çalışdıq ki, saxlayaq. Bu gün müdafiəmizi ön plana çıxarmaq istəyirəm. Biz daha çox ön xəttə düzəlməliyik. İkinci hissə rəqibin təzyiqi oldu. Biz belə oyunlara hazır olmalıyıq. Axsaqlıqlar belə görüşlərdə görünür. 

3 transfer göplənilir. Artıq danışıqlar gedir. Yəqin ki, qısa vaxta bitəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43